Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2019 10:39
Bakı. Trend:
Şamaxıda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Şamaxı rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə və içərisində olan əşyalar yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin