Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yeni Minsk razılaşmalarının bağlanmasına yol vermək olmaz”

“Yeni Minsk razılaşmalarının bağlanmasına yol vermək olmaz”

Tarix: 3 Iyul 2022 20:10

"Kiyevə aşkar qələbə lazımdır, ona görə də yeni Minsk razılaşmalarının bağlanmasına yol vermək olmaz".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Journal du Dimanche" qəzetinə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

Nazir bildirib ki, o, razılaşmalara qarşıdır: "Çünki sənəd zəif düşünülsə, Rusiya prezidenti Vladimir Putin qüvvələrini yenidən toplaya və hücuma keçə bilər. Ona görə də biz yeni Minsk razılaşmasını qəbul edə bilmərik. Ukraynaya öz təhlükəsizliyini bərpa edəcək xalis qələbə lazımdır".

O, bu məsələni Fransa təmsilçisi ilə müzakirə etdiyini qeyd edib və əlavə edib ki, bütün müttəfiqlər bu fikirlə razıdırlar.

Milli.Az


Etiketlər:  Yeni Minsk razılaşmalarının bağlanmasına yol vermək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ