Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2019 12:28
Bakı. İlhamə İsabalayeva - Trend:
Yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiqi ilə bağli Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış təkliflər razılaşdırma mərhələsindədir.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.
Onun sözlərinə görə, çox yüngül (pinqvin) torbaların ölkə ərazisində dövriyyəsinin qadağan olunması artıq razılaşdırma mərhələsini keçib: "Belə polietilen torbaların əvəzinə bazara alternativ məhsullar, ətraf mühit üçün zərərli olmayan kağız, parça torbalar çıxarılmalıdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin