Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2019 13:44
"Liverpul"un sabiq hücumçusu Con Toşak ingilis klubunun Çempionlar Liqasında yarımfinal mərhələsində bu gün "Barselona" ilə keçirəcəyi oyundan danışıb.
Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, uelsi veteran futbolçu Lionel Messinin meydanda olduğu matçlarda kataloniyalılara qarşı oynamağın çox çətin olduğunu bildirib:
"Messi oynayanda "Barselona"nın qarşısını almaq çox çətin olur. O, istənilən rəqibi udmağa qadirdir. Messi xüsusi oyunçudur. O, dünyanın ən yaxşılarından biridir. Düzdür, mənim üçün Con Çarlz bir nömrədir. Ancaq bu, şəxsi fikrimdir. Messinin oyununu görəndə düşünürəm ki, bu futbolçuya məşq etmək lazım deyil. Bu, inanılmazdır. Qolfda "fora" olur. Futbolda da olmalıdır. Messiyə qarşı oynayan rəqiblərə 1 qol "fora" vermək lazımdır".
Qeyd edək ki, vaxtı ilə "Real", "Sportinq", "Beşiktaş" kimi klublara başçılıq etmiş Toşak 2013-cü ildə "Xəzər Lənkəran"ı da çalışdırıb.