Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şərif Şərifov Olimpiadaya lisenziya qazandı - İki güləşçimiz yarımfinalda

Şərif Şərifov Olimpiadaya lisenziya qazandı - İki güləşçimiz yarımfinalda

Tarix: 21 Sentyabr 2019 14:12

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Trend-in məlumatına görə, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq kubalı dünya çempionuna qalib gəlib və 1/4 finala yüksəlib. İranlı pəhləvanla qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub
Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək 1/4 finala adlayıb. Bu mərhələdə yerli idmançını da devirən Həsənov yarımfinala vəsiqə qazanıb.

Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısına məğlub olub.

Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək adını 1/4 finala yazdırıb. Titullu pəhləvanımız ötən il dünya çempionatının 1/4 finalında Aslanbek Alborova qalib gəlmiş Elizbar Odikadzeni üstələyərək yarımfinala yüksəlib və bununla da Olimpiadaya lisenziyanı təmin edən ilk sərbəst güləşçimiz olub.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə 14:45-də başlayacaq.


Etiketlər:  Şərif Şərifov Olimpiadaya lisenziya qazandı İki güləşçimiz yarımfinalda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ