Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda sərnişin təyyarəsi təcili eniş etdi

İranda sərnişin təyyarəsi təcili eniş etdi

Tarix: 21 Sentyabr 2019 14:40

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətində Şiraz-Məşhəd sərnişin təyyarəsi Məşhəd aeroportunda təcili eniş edib.

Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasanı vilayəti aeroportlarının baş direktoru Məhəmməd Baqir Qasımzadə deyib.

M.Qasımzadənin sözlərinə görə, təyyarənin pilotu Məşhəd aeroportuna təyyarənin ön təkərinin açılmadığını elan edib.

Baş direktor əlavə edib ki, dərhal təhlükəsizlik tədbirləri və lazımi texniki işlər həyata keçirilib:

“Pilot enişdən öncə aşağı hündürlükdə uçaraq yenidən təkərlərin açılmasına cəhd edib. Təkərlər açılıb və təyyarə heç bir problem olmadan eniş edib”.


Etiketlər:  İranda sərnişin təyyarəsi təcili eniş etdi


RƏYLƏR