Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 14:52
Molla yaxınlarına xəbər verməsəydi, arvad ərini diri-diri basdıracaqdı. Hadisə Bərdə rayonunda qeydə alınıb. Mollanın xəbərdarlığından sonra övladları hadisəyə müdaxilə ediblər. Övladları 80 yaşlı atalarını xəstəxanaya yerləşdiriblər. Xəstəxanada isə kişinin əvvəlcə döyüldüyü sonra isə ütü ilə yandırıldığı məlum olub.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, molla ölü basdırmağa gəldi, cinayətin üstünü açdı.
80 yaşlı kişi həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalıb. Hadisə Bərdədə baş verib.
İddialara görə , Rayonunun Gərənə kəndində 70 yaşlı Serbiya Cəfərova 10 ildir evli olduğu 80 yaşlı həyat yoldaşı Hidayət Cəfərovun öldüyünü deyərək molla çağıtdırıb..Kişinin ölmədiyini görən molla Rza Mirmanafov bu barədə onun 1-ci həyat yoldaşından olan övladlarına məlumat verib. Yalnız bundan sonra yaşlı kişi övladlarının köməyi ilə xəstəxanaya çatdırılıb.
Övladlarının sözlərinə görə kişi həyat yoldaşı tərəfindən döyülüb, sonra isə ütü ilə yandırılıb.
Övladlarının iddiasına görə Hidayər Cəfərov uzun müddət bu işgəncəyə məruz qalıb. Qoca kişi ac-susuz qalmaqla yanaşı həm də zirzəmidə saxlanılıb.
Deyilən iddialara qarşı tərəfin mövqeyini öyrənmək üçün Gərənə kəndinə yollandıq. Cəfərovlar ailəsinin yaşadığı mənzildə qapını açan olmadı. Baş verən hadisə ilə bağlı qonşuların mövqeyini də öyrəndik
Faktla bağlı DİN-dən açıqlama verilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd edilən məsələ ilə bağlı Bərdə Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.