Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azad olunmuş ərazilərdə qızıl yataqlarına dair yeni Saziş təsdiqlənib

Azad olunmuş ərazilərdə qızıl yataqlarına dair yeni Saziş təsdiqlənib

Tarix: 5 Iyul 2022 17:27

Prezident İlham Əliyev "Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının "Azərqızıl" Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik" sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanunu təsdiqləyib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının "Azərqızıl" Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında Saziş (bundan sonra - Saziş) 1997-ci il avqustun 20-də bağlanıb və Azərbaycan Respublikasının 1998-ci il 17 mart tarixli 456-IQ nömrəli Qanunu ilə qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.

Sazişin müvafiq şərtlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında 2022-ci il iyunun 20-də Bakı şəhərində "Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının "Azərqızıl" Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik" imzalanıb.

Qanuna əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında imzalanmış "Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının "Azərqızıl" Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik" (bundan sonra - "Dəyişiklik") qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib. Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçıya verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra - "Hökumət təminatı") qəbul edilməli və onların həyata keçirilməsinə icazə verilməlidir.

Saziş, Dəyişiklik ilə əlavə və dəyişiklik edilmiş şəkildə tam hüquqi qüvvəyə malik olmağa davam edir və Azərbaycan Respublikasının Qanunu olaraq tam qüvvəsini saxlayır. Bu Qanun qüvvəyə mindikdən sonra Hökumət təminatı Qanun olur. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Hökumət təminatı Sazişin qüvvədə olduğu müddət ərzində Hökumət təminatına uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Hökumət təminatı üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.


Etiketlər:  Azad olunmuş ərazilərdə qızıl yataqlarına dair yeni Saziş təsdiqlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ