Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 20:25
Rejissor Kənan M.M. TikTok-dakı fəaliyyətindən danışıb.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədəki aktivliyindən danışıb. Kənan bildirib ki, TikTokda yetəri qədər reytinq qazanıb:
"TikTok-da elə tutuzdurmuşam ki, elə bilirəm 20 ildir yanlış işlə məşğul oluram. "Maşın" şouya gedəndə də deyirdik ki, heç nəyi yoxdur, mahiyyəti nədir? Əlini onun üstünə qoyanda prinsip başlayır. Göndərilən hər hədiyyənin 70 faizini TikTok götürür. 1000 manat olanda onun 700 manatı gedir, sənə 300 manat qalır. Canlı yayımı açanda baxırsan biri oynayır, deyirsən, nəyə görə buna hədiyyə atım: şəxsiyyətinə, yayım apardığına, sənətinə... Qalmaqal edənlərdən izləyicilər uzaqlaşır. İnsan telefon arxasında necədirsə, qarşısında da elədir. Bəzən deyirlər, TikTok-da bəzilərinin üzü göründü. Sadəcə, sizin fürsətiniz olmayıb onları görəsiniz".