Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

McDonald's bu ölkədə də fəaliyyətini dayandırdı

McDonald's bu ölkədə də fəaliyyətini dayandırdı

Tarix: 5 Iyul 2022 21:22

Rusiya bazarını tərk edən Amerikanın McDonald's şirkətinin restoranları texniki səbəblərə görə Qazaxıstanda fəaliyyətini dayandırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

"Hörmətli qonaqlar! Nəzərinizə çatdırırıq ki, McDonald's restoranları texniki səbəblərdən müvəqqəti olaraq bağlanıb. Xəbərlərimizi izləyin, restoranların işini nə vaxt yenidən bərpa edəcəyi barədə sizə mütləq məlumat verəcəyik. Yaranmış narahatlığa görə üzr istəyirik", - deyə restoranın sosial şəbəkələrin birindəki rəsmi səhifəsində bildirilir.

Güman edilir ki, Qazaxıstana xammal gətirən rəsmi təchizatçı Rusiyadan getdiyi üçün Qazaxıstandakı restoranlar bağlana bilər.

Milli.Az


Etiketlər:  McDonalds ölkədə fəaliyyətini dayandırdı


RƏYLƏR