Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lukaşenkodan kəndlilərə: Ölün, amma yığın!

Lukaşenkodan kəndlilərə: Ölün, amma yığın!

Tarix: 5 Iyul 2022 23:08

Belarusda hazırkı məhsul yığımı kampaniyası ən yüksək təşkilatçılıq və nizam-intizamla aparılmalıdır. Taxıl itkisi isə iqtisadi təxribat kimi qiymətləndirilə bilər.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Kəndli kimi deyəcəyəm: ölün, amma qışda mal-qaranı bəsləmək üçün bir şey istəyirsinizsə, bu otları toplayın!" - deyə o bildirib.

Belarus lideri biçin işlərinin pozulması halında mümkün itkilər barədə də danışıb:

"Bir milyon ton itki - bu gün bunun nə qədər pul olduğunu anlayırsınız? Yarım milyard dollar qazana bilərsiniz? Biz kəndə belə yardım etmirik. Kombaynları elə tənzimləmək lazımdır ki, itki olmasın. Bu, xeyli puldur", - deyə o bildirib.


Etiketlər:  Lukaşenkodan kəndlilərə Ölün amma yığın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ