Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2022 22:30
ABŞ İranın neft sektoru ilə əlaqəsi olan 13 şirkət, iki dəniz tankeri və iki fiziki şəxsə sanksiya tətbiq edir.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiya siyahısına Birləşmiş Ərəb Əmirlikləri, Çin və Vyetnamda qeydiyyatdan keçmiş şirkətlər, Qabon və Panama bayraqları altında üzən neft tankerləri daxildir.
Sanksiyalar ABŞ yurisdiksiyasında aktivlərin bloklanmasını, ABŞ-dakı fiziki və hüquqi şəxslərin həmin şirkətlərlə əməliyyatların aparılmasına qadağa qoyulmasını nəzərdə tutur.