Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağ Ev Zmeyni müdafiəçilərinin şərəfinə sikkə buraxdı

Ağ Ev Zmeyni müdafiəçilərinin şərəfinə  sikkə buraxdı

Tarix: 7 Iyul 2022 08:40

Ağ Ev Zemeyni adasını işğaldan azad edən ukraynalıların şərəfinə sikkə buraxıb. Bu, "Tarixi anlar" seriyasından doqquzuncu, "Amerika prezidentliyinin tarixi anları" kolleksiyasından isə 34-cü sikkədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumatda bildirilir ki, hər bir sikkə üzərində nəşr nömrəsi olan sertifikatla və qızılı prezident möhürü olan məxmər qutuda təqdim olunacaq.

"Artıq 30 sentyabr 2022-ci il tarixindən etibarən çatdırılma ilə əvvəlcədən sifariş verə bilərsiniz. Ukrayna və bütün NATO ölkələrinə çatdırılma pulsuzdur. Sikkənin özü 100 dollar dəyərindədir. Satışdan əldə edilən bütün gəlirin 20%-i Ağ Evin Hədiyyə Dükanı vasitəsilə ukraynalı qadın və uşaqlara gedəcək", - məlumatda qeyd olunub.

Milli.Az


Etiketlər:  Zmeyni müdafiəçilərinin şərəfinə sikkə buraxdı


RƏYLƏR