Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 19:30
Hollivud ulduzu Bred Pitt sağalmaz xəstəlikdən əziyyət çəkdiyini və bunun həyatına ciddi formada təsir etdiyini söyləyib.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, 58 yaşlı aktyor insanları üzdən tanımaqda çətinlik çəkdiyini, onları unutduğunu deyib. Prozopaqnoziya xəstəliyi olan Pitt bu səbəbdən məclislərdə və ya tədbirlərdə dostlarını xatırlaya bilmir. O vurğulayıb ki, buna görə qohumları onu eqoist, təkəbbürlü hesab edirlər.
"Heç kim mənə inanmır" deyə, aktyor əlavə edib.