Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 17:28
Ən qısa zamanda boşanmağa tələsən Çinli ər-arvad qəza keçirdi və birlikdə qalmağa qərar verdi.
Sonxeber.net bildirir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Cütlük tələsik doğma şəhərinə gedirmiş ki, COVID-19 testlərinin müddəti bitmədən boşanma sənədlərini imzalamağa vaxt tapsın. Testin müddəti bitdikdə, Çində hərəkət etmək mümkün deyil.
Kişi arvadının da olduğu avtomobili magistral yolu ilə sürərkən idarəetməni itirərək baryerə dəyib. O, polisi gözləməyərək hadisə yerindən qaçmağa çalışsa də, cütlük yol polisinin növbəti keçid məntəqəsində saxlanılıb.
Hüquq-mühafizə orqanları qaydanı pozan şəxsə həmin məntəqədə 5 saat işləmək əmri verib. Bu müddət ərzində kişi sakitləşib, arvadı ilə barışıb və onlar boşanmamaq qərarına gəliblər.
Çin sosial şəbəkələrinin istifadəçiləri uğursuz boşanma hekayəsinə gülüblər. "Bu, bütün tələskənliyin şeytandan olması fikrini birmənalı şəkildə təsdiqləyir", - deyə şərhçilərdən biri yazıb.
İrfan Vəliyev