Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 17:46
Amerikanın Texas ştatının San Antonio şəhərinin sakininin başında fişəng partlayıb, dostunun gözü qarşısında ölüb.
Sonxeber.net bildirir ki, bu barədə "Fort Worth Star-Telegraph" məlumat yayıb.
43 yaşlı Pablo Ruiz başının üstündən fişəng atmağa çalışsa da, yanlış istiqamət seçib. O, fişəngi yuxarıdan yox, aşağıdan partladıb. Nəticədə fişəng onun başını deşib.
Hadisə yerinə gələn polislər zərərçəkmişi ağır kəllə-beyin travması ilə aşkar ediblər, yaradan beyin görünürdü.
Hadisənin şahidi olan Ruizin dostu fişəngi yandırmazdan əvvəl spirtli içki qəbul etdiyini bildirib.
İrfan Vəliyev