Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 20:56
TikTok-da məşhur olan təhlükəli "çellenc" nəticəsində dünyasını dəyişən 7 uşağın ailələri sosial şəbəkəni məhkəməyə verib.
Sonxeber.net bildirir ki, bu barədə "The Verge" məlumat yayıb.
Nəşrin məlumatına görə, mahiyyəti boyundakı kəməri sıxmaqdan ibarət olan yarışmasında iştirak edərək övladları ölən valideynlər tərəfindən TikTok-a qarşı bir neçə iddia qaldırılıb. Ölənlərin ailələri sosial şəbəkəni bu cür videoların yayılmasının qarşısını heç bir şəkildə almamaqda ittiham edirlər.
"TikTok bəzi çağırışları reklam etdiyinə və təbliğ etdiyinə görə, onun tətbiqində yerləşdirilən və paylaşılan çağırış videolarına baxmağa borcludur. Və platforma ölümcül çağırış videolarının dərc edilməməsini, yayılmasını və ya tövsiyə edilməməsini təmin etməlidir", - iddialardan birinin mətnində deyilir.
Qeyd olunur ki, ABŞ, Avstraliya və İtaliyada yaşayan 10-14 yaş arası yeddi uşaq artıq bu yarışmanın qurbanı olub.
İrfan Vəliyev