Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana və 3 yaşlı qızını iki ayrı yerdən qaçırdılar - Həmin anlar kameralara düşdü - VİDEO

Ana və 3 yaşlı qızını iki ayrı yerdən qaçırdılar - Həmin anlar kameralara düşdü - VİDEO

Tarix: 9 Iyul 2022 03:32

Türkiyənin Diyarbəkir vilayətində aprel ayında atası F.G. B.D. tərəfindən qaçırılan və daha sonra polis bölməsinə gətirilərək təslim edilən 3 yaşlı B.D.G. və boşanma prosesində olan anası Türkan Gülistan Tekin axşam saatlarında iki ayrı yerdə qaçırılıb. 

Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, B.D.G.-nin atası tərəfindən qaçırılması təhlükəsizlik kamerasına, vəkil olan Türkan Gülistan Tekinin qaçırılması isə mobil telefonun kamerasına düşdüyü bildirilib. Tekinin atası Bülent Tekin polis idarəsinə gedərək nəvəsi və qızının kürəkəni F.G. və kürəkəninin qohumları tərəfindən qaçırıldığını bildirib.

Qeyd edək ki, axşam vaxtı Bülent Tekin, nəvəsi B.D.G. ilə yaşadıqları mənzilin arxa tərəfində yemək yeyərkən qızının katibindən gələn telefon zənginə cavab verib. Katibədən qızı Gülistanın maşına mindirilərək evinin qarşısından qaçırıldığı xəbərini alan Tekin nəvəsini də götürərək sürətlə qaçmağa başlayıb. Pilləkənləri çıxan şəxs Tekinin arxasından nəvəsi B.D.G.-ni tutub qaçırıb. Həmin anlar təhlükəsizlik kamerasına əks olunarkən, Türkan Gülistan Tekinin mindiyi avtomobilin sürətlə yola düşməsi mobil telefonun kamerasına düşüb.


Etiketlər:  yaşlı qızını ayrı yerdən qaçırdılar Həmin anlar kameralara düşdü VİDEO


RƏYLƏR