Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ - saat 9:00-dan 18:00-dək... - VİDEO

DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ - saat 9:00-dan 18:00-dək... - VİDEO

Tarix: 9 Iyul 2022 13:16

Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı sms məlumat alan şəxslər istifadələrində olan avtomobillərini yoxlanışa təqdim etməlidirlər. Çünki avtomobilinin texniki baxış müddəti bitmiş sürücülər cərimə olunacaqlar. Baş dövlət yol polisi idarəsindən bildirilib ki, qurban bayramı günlərində texniki müayinə mərkəzləri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. 

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki,Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə müraciət edib. bildirilib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı sms məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.

Baş Dövət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzin Dövlət Avtomobil Müfəttişi Kamal Əhmədlinin sözlərinə görə sürücülər nəqliyyat vasitələrini istənilən ərazidə müayinə mərkəzlərinə təqdim edə bilərlər. 

Qeyd edək ki, texniki baxışa təqdim edilən avtomobildə əvvəlcə tibb çantası və yanğınsöndürən balon yoxlanılır. Daha sonra ardıcıllıqla dəm qazının miqdarı, işıq cihazı və əyləc sistemi texniki müayinədən keçirilir. Onu da xatırladaq ki, bayram günlərində də texniki müayinə mərkəzləri səhər saat 9-dan axşam saat 6-a qədər faaliyyət göstərəcək. 

Xatırladaq ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Əgər 20 gün ərzində avtomobil yenə texniki baxışdan keçirilmirsə, sürücüyə yenə eyni məbləğdə cərimə tətbiq olunur. 

Milli.Az


Etiketlər:  DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ saat 900 dan 1800 dək VİDEO


RƏYLƏR