Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 19:06
2 ildir ki, Hoçkin limfomasından əziyyət çəkən və insanların dəstəyi ilə Türkiyədə müalicə alan Şəbnəm Mikayılova dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəsətəxanasında həkim-terapevt vəzifəsində çalışan Şəbnəm Mikayılova limfa sisteminin limfosit mənşəli bədxassəli şişi olan Hoçkin limfoması xəstəliyindən əziyyət çəkirdi. Həkimin müalicəsi və sağalması üçün 100 min dollar vəsait tələb olunurdu.
Ş.Mikayılova 2 il müalicə alsa da, heç bir nəticə əldə edilməmişdi. Türkiyədə 8 aylıq müalicə kursunu keçməli, sonra isə ona sümük iliyi köçürülməli idi.
Tanınmış həkim-pediatr Aytən İsmayılzadə də sosial şəbəkədə müraciət edərək insanları həmkarının həyatını xilas etməyə çağırmışdı.
Onu da qeyd edək ki, Ş.Mikayılova iki il əvvəl əsas xəstəliyinə bağlı olaraq bazu sümüyündə baş verən destruksiya səbəbilə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə almışdı.