Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süni ürək nəqli edilən xəstə ÖLDÜ

Süni ürək nəqli edilən xəstə ÖLDÜ

Tarix: 9 Iyul 2022 22:27

Hollandiyada 2021-ci ilin noyabrında süni ürək köçürülən ilk xəstə əməliyyatdan 8 ay sonra vəfat edib.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Utrext Universiteti Xəstəxanasından verilən açıqlamada adı çəkilməyən 54 yaşlı kişi xəstənin 2022-ci ilin iyununda vəfat etdiyi açıqlanıb.

2021-ci ilin noyabrında əməliyyatla süni ürək aparan ilk xəstənin ölümünün şoka düşdüyü, ölüm səbəbinin araşdırıldığı bildirilib.

O, süni ürək tədqiqatlarına verdiyi töhfəyə görə həyatını itirən xəstəyə təşəkkürünü bildirərək, sözügedən şəxsin yaxınlarına başsağlığı verib.

Hollandiyanın ictimai yayımı NOS-un məlumatına görə, süni ürək istehsalçısı "Carmat" ölüm faktını araşdırmaq üçün Hollandiyanın Səhiyyə və Gənclik Müfəttişliyinə müraciət edib.

Fransız şirkətinin 2013-cü ildən müalicə şansı olmayan xəstələr üçün süni ürək istehsal etdiyi bildirilib.


Etiketlər:  Süni ürək nəqli edilən xəstə ÖLDÜ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ