Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kartof qızartması verə bilməyəcəyik” - “McDonald's”

“Kartof qızartması verə bilməyəcəyik” - “McDonald's”

Tarix: 9 Iyul 2022 23:56

ABŞ-ın fast-food şirkəti "McDonald's" Rusiya bazarından geri çəkildikdən sonra əl dəyişdirən və "Vkusno i Toçka" adını alan restoran payıza qədər müştərilərə kartof qızartması təqdim edə bilməyəcək.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, şirkət bunun səbəbini qeyri-kafi məhsul yığımı ilə əlaqələndirib.

"Vkusno i Toçka"dan bildirilib ki, kartof qızartmasının payıza qədər menyuya yenidən daxil ediləcəyi gözlənilir.

Qida zəncirlərinin standart kartof qızartması üçün istifadə etdiyi "rustik" kartof növünün tədarükü dayanıb.

Şirkət Rusiya istehsalçılarından böyük həcmdə kartof almağa çalışdığını açıqlayıb. O da qeyd olunub ki, yerli məhsulu müvəqqəti əvəz edə biləcək bazarlardan kartof idxal etmək mümkün deyil.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi kartof qıtlığının olması ilə bağlı açıqlamanı təkzib edib. "Rusiya bazarı kartof tədarükü, o cümlədən emal məhsulları ilə doludur. Artıq yeni məhsuldan məhsullar gəlir ki, bu da qıtlıq ehtimalını aradan qaldırır" - nazirliyin bəyanatında deyilir.

Qeyd edək ki, "McDonald's" Moskvada ilk restoranını 1990-cı ildə açmışdı. Lakin fast-food nəhəngi Ukraynanın işğalından sonra digər Qərb şirkəti ilə birlikdə Rusiyanı tərk edib.


Etiketlər:  Kartof qızartması verə bilməyəcəyik McDonalds


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ