Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2019 18:36
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Qol.az-ın xəbərinə görə, dünənki qarşılaşmalarda uğurlu nəticə göstərən iki sərbəst güləşçimiz bu gün final qarşılamasına çıxıb.
79 kq. çəkidə yarışan dünya ikincisi, Avropa çempionu Cəbrayıl Həsənov həlledici görüşdə ABŞ idmançısı, 2018-ci ildə dünya çempionu olan Kayl Deyklə üz-üzə gəlib. Güləşçimiz rəqibinə 2:4 uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Cəbrayılla Deyk ardıcıl ikinci dəfə həlledici görüşdə qarşılaşıblar. Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş finalda Deyk qalib gəlmişdi.
97 kq. çəkidə mübarizə aparan olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov isə Rusiyanı təmsil edən Abdulrəşid Sadullayevla üz-üzə gəlib. Görüş rusiyalı idmançının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Sadullayev buna qədər bir dəfə Olimpiya, üç dəfə dünya, 3 dəfə Avropa çempionu olub.