Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərnişinlər yolda qalır - Bu avtobus niyə gecikir? - VİDEO

Sərnişinlər yolda qalır - Bu avtobus niyə gecikir? - VİDEO

Tarix: 10 Iyul 2022 12:08

Sərnişinlər M8 nömrəli marşrut üzrə hərəkət edən avtobusların intervalından narazıdırlar. Deyirlər ki, hər gün istədikləri yerə gedib vaxtında çata bilmirlər. Çünki avtobuslar çox gec gəlir. Sürücülərin sözlərinə görə interval əslində normaldır, amma şəhərdə hər gün yaşanan tıxac belə problemlərə səbəb olur. Bakı Nəqliyyat Agentliyi də məsələyə aydınlıq gətirib. Qurumdan bildirlib ki, paytaxtın müxtəlif hissələrində yaşanan tıxaclar avtobusların 20-25 dəqiqə gecikməsinə səbəb olur. 

M8 marşrutu üzrə hərəkət edən avtobuslar arasında interval böyükdür. Maştağa qəsəbəsindən Gənclik metrostansiyasına qədər hərəkət edən avtobusların gec-gec gəlməsi insanları narahat edir.

Sərnişinlərin sözlərinə görə hər gün 20-30 dəqiqə avtobus gözləməli olurlar. Nəticədə gedəcəkləri ünvana vaxtında çata bilmirlər. 

Sürücülər bildirirlər ki, avtobuslar arasında interval böyük deyil, sadəcə şəhərdə müşahidə edilən tıxac səbəbindən belə vəziyyət yaranır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, avtobusların gec-gec gəlməsinə səbəb müxtəlif ərazilərdə günün fərqli saatlarında yaşanan sıxlıqdır. 

Mais Ağayev əlavə edib ki, hər gün tıxaclar ucbatından sözügedən marşrut xətti üzrə avtobusların intervalında 20-25 dəqiqə, bəzən isə daha artıq gecikmələr olur. 


Etiketlər:  Sərnişinlər yolda qalır avtobus niyə gecikir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ