Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2022 13:25
"Qurd" ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminovun pianoçu həyat yoldaşı Leyla Namazzadə məzun olub.
Sonxeber.net Bizim.Media-ya istinadən xəbər verir ki, "qarnı burnunda" olan musiqiçi bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Leyla təhsil aldığı ocağın həyətində məzun geyimində fotolarını paylaşaraq, universitet illərinin onun üçün heç də asan keçməməsini bu sözlərlə ifadə edib.
"Qızım da məzun oldu. Qismətində ikinci dəfə bu paltarı analığa namizəd olaraq geyinməkdə varmış. O qədər çətin idi ki, həm işləmək, həm də oxumaq. Üzərinə də ailə həyatı. Sıralama çox qarışmışdı. Enişli-yoxuşlu yollar. Dərsdən çıxıb qaça-qaça işə çatırdım. İşdən sonra isə yemək bişirirdim. Uşaqlıqda ən çox qorxduğum bəlkə də bu gün başa vurduğum günlər idi. Amma həqiqətən də Allah ol, deyərsə, hər şey olar. Sadəcə inanmaq və onun açıb-açmadığı bütün yollara şükür etmək lazımdır".
Qeyd edək ki, Fərid Eminovla evli olan Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır. Fərid üçün isə bu ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.