Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güclü külək qırıcını dənizə salıb

Güclü külək qırıcını dənizə salıb

Tarix: 10 Iyul 2022 20:32

Aralıq dənizində güclü külək "USS Harry S. Truman" aviadaşıyıcısının göyərtəsindəki "F-18 Super Hornet" qırıcısını dənizə salıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İyulun 8-də "F-18" qırıcısı Aralıq dənizində gözlənilmədən kəskin hava şəraiti səbəbindən göyərtədən uçurulub", - Hərbi Dəniz Qüvvələri bildirib.

Məlumata görə, insident nəticəsində 1 hərbçi yaralanıb, aviadaşıyıcının özü və onun üzərində yerləşən təyyarə tapşırıqlara hazırlıq vəziyyətindədir. Qurumdan bildirilib ki, hadisənin səbəbi aydınlaşdırılır.


Etiketlər:  Güclü külək qırıcını dənizə salıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ