Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2022 23:54
Ukrayna Milli Polisi şənbə günü Rusiya Federasiyası ilə əlaqəli müəssisələrin təxminən 200 milyon dollar məbləğində aktivlərinə həbs qoyulduğunu elan edib.
Sonxeber.net xəbər verir ki, bu barədə "Ridus" məlumat yayıb.
"Rusiya Federasiyası ilə əlaqəli daha bir neçə müəssisənin korporativ hüquqları üzrə 5,9 milyard qrivna (indiki məzənnə ilə təxminən 198 milyon dollar) müsadirə edilib", - nazirliyin açıqlamasında bildirilir.
Söhbət Kirovoqrad vilayətində daşınmaz əmlakın icarəsi, taxılçılıq və metallurgiya istehsalı ilə məşğul olan müəssisələrdən gedir. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması maddəsi ilə cinayət işi başlanıb.
Martın 10-da Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynada Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət obyektlərinin dəyərinə görə heç bir kompensasiya alınmadan həyata keçirilən məcburi müsadirə haqqında qanunu imzalayıb. (publika.az)