Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2022 16:38
1952-ci il təvəllüdlü Moskva sakini kosmetoloqa getdikdən sonra polisə ərizə ilə müraciət edib.
Sonxeber.net TASS-a istinadən bildirir ki, təqaüdçünü gəncləşdirmə prosedurunun nəticələri qane etməyib.
Qadın iddia edir ki, kosmetologiya klinikasının işçiləri fırıldaqçılardır, çünki onların prosedurları nəticə vermir. Hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə bildirib ki, "O, 200 min rubl (təxminən 3270 dollar) aldadıldığına iddia edir".
Rus qadın klinikada 21 dəfə qocalma əleyhinə dərman iynəsi vurduğunu, lakin vəd etdiyi nəticəni almadığını açıqlayıb. Polis müraciətlə bağlı araşdırmalara başlayıb.
İrfan Vəliyev