Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsveç Türkiyəyə ekstradisiya üçün PKK üzvlərinin siyahısını hazırlayıb

İsveç Türkiyəyə ekstradisiya üçün PKK üzvlərinin siyahısını hazırlayıb

Tarix: 11 Iyul 2022 18:24

İsveç Türkiyəyə ekstradisiya üçün Kürdüstan İşçi Partiyası (PKK) üzvlərinin siyahısını hazırlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, siyahıya 10 nəfərin adı daxil edilib.

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyaya ölkədə qadağan olunmuş PKK üzvlərinin ekstradisiyası üçün yazılı tələb göndərib.

Xatırladaq ki, Madriddə keçirilən NATO sammiti ərəfəsində Türkiyə, İsveç və Finlandiya təhlükəsizliklə bağlı memorandum imzalayıb. Ölkələr terrorla mübarizə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Milli.Az


Etiketlər:  İsveç Türkiyəyə ekstradisiya üçün PKK üzvlərinin siyahısını hazırlayıb


RƏYLƏR