Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2022 20:24
İranlı kinorejissor Cəfər Pənahinin həbs olunub. Onun həbs səbəbi məlum olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, İranın Fars agentliyi adı açıqlanmayan mənbəyə istinadla Cəfər Pənahi və digər bir neçə kinorejissorun həbsinin səbəbi kimi onların xarici mənbədən pul alaraq ölkədə iğtişaşlar yaratdıqlarını iddia edib.
Xəbərdə xarici mənbənin də digər bir əməliyyat nəticəsində həbs olunduğu qeyd olunur.
Fars agentliyi həbs olunan şəxslərin xarici kəşfiyyat orqanına bağlı mənbədən pul vəsaiti aldığını iddia edib.
Qeyd edək ki, Cəfər Pənahi bu gün daha iki rejissorun həbsi ilə əlaqədar keçirilən məhkəmədə iştirak edib və orada tutulub. Belə ki o, Məhəmməd Rəsulof və Mustafa Ələhmədin məhkəməsində iştirak edib. Rəsulof və Ələhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.