Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İranı dayandırmağın yeganə yolu...” - Keçmiş kəşfiyyat nazirindən şok təklif

“İranı dayandırmağın yeganə yolu...” - Keçmiş kəşfiyyat nazirindən şok təklif

Tarix: 11 Iyul 2022 23:22

"Hazırda bölgəni təhlükəyə atan yeganə real faktor İranın nüvə fəaliyyətidir".

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu İsrailin keçmiş kəşfiyyat naziri Yuval Ştaynz deyib.

Onun sözlərinə görə, bu həftə regiona gələn ABŞ Prezidenti Co Bayden bu səfərindən istifadə edərək, İran nüvə proqramını inkişaf etdirməyə davam edərsə, Amerika üçün də hərbi təhlükəyə çevriləcəyini bilməlidir.

Sabiq nazir Tehranın əvvəlki illərlə müqayisədə nüvə proqramını önəmli dərəcədə irəli apardığına görə narahatlığını ifadə edib. O, İranın artıq ABŞ tərəfindən təhlükə hiss etmədiyinə görə sözügedən proqramı genişləndirməyə cəhd etdiyini deyib.

"Bu səfər yalnız bir nəticə əldə edilərsə dəyərli olacaq: ABŞ-ın İrana hərbi təhdidi. Çatışmayan şey də budur, bu da İrana ilk dəfə olaraq bomba üçün yarışmağa imkan verdi", - Ştaynz qeyd edib.

Ştaynz Baydenin "Vaşinqton Post" üçün yazdığı məqalədə səsləndirdiyi fikirlərdən də narahatlığını bildirib:

"O bildirir ki, hökuməti İran 2015-ci il nüvə sazişinə əməl etməyə hazır olana qədər diplomatik və iqtisadi təzyiqləri artırmağa davam edəcək. O, diplomatik və iqtisadi təzyiqdən bəhs edir, hərbi yox".

Onun sözlərinə görə, bu prosesdə yeganə yeni amil son iki onillikdə ilk dəfə olaraq, iranlıların artıq ABŞ-ın hərbi təhlükəsinin olmadığına inanmalarıdır.

Ştaynz deyib ki, İranı nüvə proqramından uzaqlaşdırmaq üçün ABŞ-ın hərbi təhdidinə ehtiyac var.

Keçmiş nazir İranın nüvə silahı əldə etməsinin mümkün nəticələrindən də danışıb:

"İran nüvə silahı əldə etsə, ABŞ-ın Yaxın Şərqdə qurmağa çalışdığı ittifaq parçalayacaq və bölgə ölkələri İranla əməkdaşlıq edəcəklər. Bu durumda İsrail ekzistensial təhlükə altında olacaq. İranın artıq Avropaya nüvə başlıqları çatdıra biləcək raketləri var. İran nüvə silahı əldə etsə, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir kimi ətrafdakı digər ölkələr dərhal onun ardınca gələcək. Bu, nüvə silahlarının qarşısının alınması prosesinin sonu olacaq".

Sabiq nazir hesab edir ki, İran nüvə sazişinə qayıtsa belə, ABŞ islam respublikasının buna əməl etməsi üçün "kifayət qədər böyük çubuq"a malik olmalıdır: "Bu, ABŞ və Baydenin məsuliyyətidir. İran marafonun 40-cı kilometrindədir, cəmi 2 kilometr qalıb. İndi onları dayandırmağın yeganə yolu etibarlı hərbi təhlükə yaratmaqdır".


Etiketlər:  İranı dayandırmağın yeganə yolu Keçmiş kəşfiyyat nazirindən şok təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ