Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur bəstəkar VƏFAT ETDİ

Məşhur bəstəkar VƏFAT ETDİ

Tarix: 11 Iyul 2022 23:26

"Ceyms Bond" filminin musiqisini yazan britaniyalı bəstəkar Monti Norman 94 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə bazar ertəsi bəstəkarın rəsmi saytında məlumat verilib.

"Böyük kədər hissi ilə Monti Normanın 2022-ci il iyulun 11-də qısamüddətli xəstəlik nəticəsində dünyasını dəyişdiyini bildiririk ", - saytda qeyd edilib.

İngilis bəstəkarının melodiyası bütün dünyada məşhur olub. Montinin musiqisi "Casino Royale" istisna olmaqla, bütün "Bond" filmlərində istifadə edilib.

Monti Norman Londonun East End bölgəsində yəhudi ailəsində anadan olub və Noseroviç soyadını alıb. Gələcək bəstəkar yaradıcılıq karyerasına vokalçı kimi başlayıb və 1950-ci illərin sonlarında mahnı yazmağa başlayıb. Gənc bəstəkar 1962-ci ildə kinoteatrlarda nümayiş etdirilən ilk "007" filminin mövzunu yazmaq üçün işə götürülüb. (publika.az)

Milli.Az


Etiketlər:  Məşhur bəstəkar VƏFAT ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ