Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Finlandiyanın baş naziri qısa şortla görüntüləndi - FOTO

Finlandiyanın baş naziri qısa şortla görüntüləndi - FOTO

Tarix: 11 Iyul 2022 23:48

Finlandiyanın baş naziri Sanna Marinin ölkədə keçirilən rok festivalına dəri gödəkçə, cins şort və çəkmə ilə gəlməsi sosial mediada gündəm olub.

Milli.Az xəbər verir ki, hökumət başçısı Turku şəhərinin cənub-qərbindəki Ruissalo adasında keçirilən "Ruisrock" festivalına qatılıb.

Rok və metal musiqisinə rəğbətilə tanınan 36 yaşlı Marin festivalda çəkdirdiyi fotonu öz səhifəsində paylaşıb. Onun xarici görünüşü ölkədə müzakirə mövzusu olub.

Qeyd edək ki, 1970-ci ildə təşkil olunmağa başlayan "Ruisrock" Avropanın ikinci, Finlandiyanın isə ilk rok festivalıdır. (Haber Global)

Milli.Az


Etiketlər:  Finlandiyanın baş naziri qısa şortla görüntüləndi FOTO


RƏYLƏR