Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 13:32
Nyu-Yorkun mərkəzində 500 cütlük üçün kütləvi toy keçirilib.
Burada koronavirus pandemiyası ilə toy planları pozulmuş insanlar münasibətlərini rəsmiləşdiriblər.
"Celebrating Love: (Re) Marriage" adlı tədbir Linkoln Mərkəzində keçirilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mərkəzin saytında bu gün "toyları ləğv edilənlər, həm tərəfdaşına, həm də şəhərə sevgilərini təsdiqləmək istəyən insanlar üçün xüsusi bir gün" adlandırılıb.
Nyu-York meri Erik Adams cütlüklərə müraciət edib. Bayram şənliyi çərçivəsində müxtəlif dinlərin nümayəndələri üçün mərasim keçirilib. Daha sonra canlı musiqi sədaları altında rəqslər başlayıb.