Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Luis Suares ABŞ-a köçə bilər

Luis Suares ABŞ-a köçə bilər

Tarix: 12 Iyul 2022 19:10

Luis Suares karyerasını MLS-də davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Uruqvay millisinin hücumçusu özü açıqlayıb.

O bildirib ki, ABŞ-dan bir neçə variantı var: "Hər şeyi təhlil etməliyəm. MLS-də bazar çox mürəkkəbdir. Bəzi klublar sizinlə müqavilə bağlamaq istəyir. Ancaq yanvara qədər gözləmək lazımdır. Digər klublar indi müqavilə bağlamağa hazırdırlar, amma mənə pley-offda zəmanətli yer lazımdır. Qapıları bağlamıram, bütün təklifləri dinləməyə hazıram. Amma fakt budur ki, pley-offa çıxa bilməyən MLS komandaları mövsümü oktyabrın əvvəlində başa vurur. Mənim üçün bu, sərfəli deyil, çünki noyabrın ortalarında dünya çempionatı olacaq. Turnirin başlamasına bir ay qalmış fasilə mənim üçün o qədər də yaxşı deyil".

Qeyd edək ki, "Atletiko"dan yenicə ayrılan 35 yaşlı forvard hazırda azad agentdir.

Milli.Az


Etiketlər:  Luis Suares ABŞ a köçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ