Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serbiya Azərbaycandan qaz alacaq

Serbiya Azərbaycandan qaz alacaq

Tarix: 12 Iyul 2022 20:44

Serbiya 2023-cü ildə Aaərbaycanda qaz almağı planlaşdırır.

Bu barədə Mixayloviç Sarayevoda keçirilən enerji konfransında deyib.

Onun sözlərinə görə, Rusiya qaz təchizatından tamamilə asılı olan Serbiya Bolqarıstan boru kəmərinə interkonnektorun tikintisinin başa çatacağı 2023-cü ildə Azərbaycandan qaz almağı planlaşdırır:

"Hazırda biz gələn il üçün qaz tutumlarının ehtiyatı ilə bağlı Azərbaycanla danışıqlar aparırıq, çünki Serbiya-Bolqarıstan interkonnektoru gələn ilin sentyabrında başa çatacaq" - Mixayloviç Sarayevoda deyib.

Yunanıstan və Bolqarıstan keçən həftə Avropanın Rusiya qazından asılılığına son qoymağa kömək edəcəyinə ümid etdikləri qaz kəməri layihəsini tamamlayıb. O, qazı Yunanıstanın şimalındakı Komotini şəhərindən Bolqarıstanın Stara Zaqora şəhərinə nəql edəcək və Azərbaycan qazını daşıyan başqa boru kəmərinə birləşdiriləcək.

"Bu interkonnektor bizim üçün həyat qanıdır, hazırda qazın şaxələndirilməsindən danışarkən Serbiyanın gördüyü ən vacib şeydir" deyə Mixayloviç bildirib.

O əlavə edib ki, Bolqarıstanla qarşılıqlı əlaqə tamamlandıqdan sonra Serbiya da Yunanıstandan LNG ala biləcək.

Mixayloviç onu da əlavə edib ki, Serbiya yeganə neft şirkəti olan NIS-də mülkiyyətçinin dəyişdirilməsini müzakirə etməyib. "Qazprom" ölkənin yeganə qaz anbarının əsas səhmdarıdır.

"Bizdən heç bir sanksiyalar paketi çərçivəsində bunu etmək tələb olunmadı. Ancaq iş enerji təhlükəsizliyinin təhdid altında olduğu nöqtəyə gəlsə, dövlət onu qorumaq üçün hər şeyi edəcək"-deyə Mixayloviç bildirib.


Etiketlər:  Serbiya Azərbaycandan alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ