Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kolumbiya ordusundan əməliyyat: qadınlar öldürüldü

Kolumbiya ordusundan əməliyyat: qadınlar öldürüldü

Tarix: 12 Iyul 2022 22:40

Kolumbiya ordusunun keçmiş Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinə (FARC) qarşı keçirdiyi əməliyyat nәticәsindә 10 nəfər ölüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Caqueta inzibati bölgəsinin San Visente del Kaguan qəsəbəsində təşkilata qarşı əməliyyat keçirilib.

Qarşıdurmada 4-ü qadın olmaqla Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin 10 üzvü öldürülüb.

Mövzu ilə bağlı açıqlama verәn müdafiə naziri Dieqo Molano Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinə qarşı әmәliyyatın keçirildiyini təsdiqləyib.

Bölgədə aparılan axtarış zamanı çox sayda silah vә sursatın әlә keçirildiyi bildirilib.

Qeyd edәk ki, Kolumbiya dövlәti ilә Kolumbiya İnqilabçı Silahlı Qüvvələri arasında imzalanan sülh razılaşmasına baxmayaraq, təşkilatın bәzi keçmiş komandanları və Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin üzvləri silahlı aksiyalar törәtmәyә davam edir.

Milli.Az


Etiketlər:  Kolumbiya ordusundan əməliyyat qadınlar öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ