Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 22:44
Polşada həyata keçirilən genişmiqyaslı xüsusi əməliyyatda 2-si "qanuni oğru" olmaqla, ümumilikdə 4 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Polşanın paytaxtı Varşavada "qanuni oğrular" arasında nüfuzun bölüşdürülməsi üçün "oğru yığıncağı" təşkil olunub.
Lakin yığıncaq polis tərəfindən basılıb və 2 qanuni oğru -Sulxan Kloçrelidze və Mamuka Kvijinadze, həmçinin 2 kriminal avtoritet Aleksandre Pavliaşvili və Ramaz Jinçaradze saxlanılıb.
Sözügedən "oğru yığıncağı"nda tanınmış "qanuni oğru" Lavasoğlu ləqəbi ilə tanınan Mindia Giorgadze də iştirak edirmiş, lakin o və bir neçə kriminal avtoritet polisin əməliyyatından öncə yığıncaqdan qaça biliblər.
Qeyd edək ki, Varşavada saxlanılan "qanuni oğrular" İnterpol xətti ilə Gürcüstan tərəfindən axtarışa verilmiş şəxslərdir.