Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Instagram”dan YENİLİK

“Instagram”dan YENİLİK

Tarix: 13 Iyul 2022 09:32

Məşhur sosial media platforması "Instagram" canlı yayım funksiyasını genişləndirir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Instagram"da masaüstü kompüter və müxtəlif üçüncü tərəf platformalar vasitəsilə canlı yayım açmaq mümkün olacaq.

Instagram OBS, "Streamyard" və "Streamlabs" kimi canlı yayım proqramından istifadə edərək masaüstündən canlı yayım imkanı verən yeni aləti sınaqdan keçirir.

"Meta" sosial media platforması ilk dəfə tətbiqdən kənarda canlı yayıma imkan verir. Yeni inteqrasiya sayəsində "Instagram" paylaşımlarında xarici kamera, mikrofon və ya ekran şablonlarından istifadə etmək olar.

"Instagram"ın masaüstü versiyasında canlı yayıma başlamaq üçün əvvəlcə hansı yayım platformasını seçdiyinizi (məsələn, OBS və ya "Streamlabs") göstərməlisiniz. Bundan sonra sizdən canlı yayımınıza başlıq verməyiniz istəniləcək. Başlığınızı seçdikdən sonra açarı və birbaşa yayım bağlantısını görəcəksiniz. Hər iki kodu xarici proqram təminatına köçürməklə siz "Instagram" yayınını xarici proqramla əlaqələndirmiş olacaqsınız.

Milli.Az


Etiketlər:  Instagramdan YENİLİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ