Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ueyn Runi ABŞ-da məşqçilik edəcək

Ueyn Runi ABŞ-da məşqçilik edəcək

Tarix: 13 Iyul 2022 13:08

Ueyn Runi ABŞ-da məşqçilik edəcək.

Milli.Az xəbər verir ki, "Mançester Yunayted"in və İngiltərə millisinin sabiq hücumçusu "DC Yunayted" klubunu çalışdıracaq.

36 yaşlı ingilis 2018-2019-cu illərdə MLS-də vaşinqtonluların heyətində çıxış edib.

Bundan əvvəl Runi "Derbi Kaunti"yə rəhbərlik edirdi. İyun ayında o, ikinci liqadan daha aşağı liqaya düşməsi və maliyyə problemləri səbəbindən klubu tərk edib.

Hazırda 17 matçdan sonra "DC Yunayted" MLS Şərq Konfransında sondan əvvəlki yerdədir.

Milli.Az


Etiketlər:  Ueyn Runi ABŞ məşqçilik edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ