Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu kənddə neft-qaz quyuları istifadəsiz qalıb - VİDEO

Bu kənddə neft-qaz quyuları istifadəsiz qalıb - VİDEO

Tarix: 13 Iyul 2022 15:08

Bərdənin Kələntərli kəndində bir neçə neft və təbii qaz quyuları var, amma istifadə edilmir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, rayonun ən qədim yaşayış məntəqələrindən biri olan Kələntərli kəndi ərazisində neft və qaz tədqiqatları aparılıb. Hətta qazılan quyulardan neft və təbii qaz da çıxıb. Lakin səmərəsiz olduğundan bir müddət sonra həmin quyular qapadılıb.

Yerli sakinlərin sözlərinə görə, ötən əsrin 50-ci illərində Bərdə-Tərtər bölgəsində neft əldə etmək məqsədilə geoloji kəşfiyyat işləri aparılıb. Bunun üçün bir neçə quyu qazılaraq istifadəyə verilib. Ancaq o vaxtlar Moskvadan gələn "Pravda" qəzetinin müxbiri buradan bir yazı hazırlayaraq çıxarılan neftin iqtisadi baxımdan səmərəli olmadığını bildirib. Yəni, çəkilən xərcin əldə edilən gəlirə uyğun olmadığını iddia edib. Bununla da İttifaq rəhbərliyindən istismarın dayandırılması barədə qərar gəlib. Ancaq istismarın dayandırılmasına baxmayaraq, yerdən öz gücünə xam neft çıxıb. Sonralar həmin quyuları betonlamaqla neftin çıxmasının qarşısı alınıb.

Hazırda həmin quyulardan birinin ağzı bağlı olmasına baxmayaraq, su ilə təbii qazın sızıntısı davam edir. Kənd sakinləri quyunun suyundan müalicə kimi istifadə edirlər. Kükürdlü olan bu su həm də yanar su kimi tanınır.

Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində 7 belə quyu var. Kələntərli kəndində insanların yaşadığı yerə ən yaxın olan quyunun qorunmasına xüsusi diqqət yetirilir. Yaxın ərazidə təhlükə yarada biləcək odun yandırılmasına da icazə verilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  kənddə neft quyuları istifadəsiz qalıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ