Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 17:24
Türkiyənin İstanbul şəhərində Qoqi Piterski ləqəbli qanuni oğru Geeorgi Canalidze vəhşicəsinə döyülüb.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, hadisə "Marin Prinses" otelində baş verib.
Məlumata görə, oteldə onunla birgə Nuqzar Torçinava (Torçik) adlı başqa bir oğru da olub. Qəfil onlara yaxınlaşan və əllərində rezin dəyənəklər olan 6 nəfər Qoqi Piterskini huşunu itirənədək döyüblər. Bu arada onlar Torçikə toxunmayıblar.
Kriminal dairələrdən o da məlum olub ki, Qoqini "Kardava-Mzarelua" qruplaşması sifariş edib.
Xatırladaq ki, Qoqi "Lotu Quli"yə yaxıın adamlardan sayılır. Qulinin təşkil etdiyi əksər məclislərdən çəkilmiş fotolarda onu görmək mümkündür.