Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanın hava limanında bomba həyəcanı

İrəvanın hava limanında bomba  həyəcanı

Tarix: 14 Iyul 2022 07:36

Ermənistan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvanın "Zvartnots" beynəlxalq hava limanına bomba qoyulması ilə bağlı məlumat daxil olub.

"İyulun 13-də saat 19:19-da Ermənistan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə "Zvartnots" beynəlxalq hava limanına bomba qoyulması barədə məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürən-xilasedicilərdən ibarət döyüş dəstəsi, kinoloji xidmətin mütəxəssisləri və tibbi briqada göndərilib", - deyə Ermənistan FHN-in açıqlamasında deyilir.

Qeyd edilir ki, axtarış zamanı partlayıcı qurğu aşkar edilməyib.


Etiketlər:  İrəvanın hava limanında bomba həyəcanı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ