Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada erməni qıza görə öldürüldü

Moskvada erməni qıza görə öldürüldü

Tarix: 14 Iyul 2022 08:42

Rusiyanın paytaxtı Moskvanın Kaşirski rayonunda baş verən kütləvi dava zamanı 41 yaşlı erməni Karen Ter-Xaçatryan öldürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə Taraskovo kəndində qeydə alınıb.

İddiaya görə, Xaçatryan kənd sakini olan qızı ona sataşan asiyalı miqrantlardan qorumaq istəyib. Bu zaman yaranan mübahisə sonradan qanlı əlbəyaxa davaya səbəb olub və nəticədə 41 yaşlı erməni aldığı xəsarətlərdən yerindəcə keçinib.

Olayla bağlı Rusiya erməniləri birliyi də məlumat yayaraq baş verən hadisə fonunda mediadan və ictimaiyyətdən vəziyyəti gərginləşdirməməyi xahiş edib.

Faktla bağlı aparılan axtarış tədbirləri nəticəsində dava iştirakçıları saxlanılıb, onlardan 3-ü barəsində həbs qətiimkan tədbiri seçilib.

Milli.Az


Etiketlər:  Moskvada erməni qıza görə öldürüldü


RƏYLƏR