Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“MSDIS Holding” etdiyi reklama görə cərimələnir

“MSDIS Holding” etdiyi reklama görə cərimələnir

Tarix: 14 Iyul 2022 08:52

Azərbaycanda fəaliyyət göstərən "MSDIS Holding" məhkəməlik olub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəsəlləsinin tələblərini pozub.

İXM-nin 428.7.1 maddəsi ilə ittiham olunan "MSDIS Holding" müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirib.

Bu maddəyə görə, fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər isə 5000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalid Əlisoyun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, iki ildir fəaliyyət göstərən "MSDIS Holding"in baş direktoru Nağıyev Mirfəyyaz Oktay oğludur. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar "MS Sement", "MS Kabel" və "MS Oil""MS Asfalt" zavodu, "MS Laminat" və "MS Karyer" sahələridir.

Onu da əlavə edək ki, şirkət bundan öncə 375 min manatlıq vergi borcu ilə gündəmə gəlmiş, daha sonra dövlət qarşısında olan borcunu ödəmişdi.


Etiketlər:  MSDIS Holding etdiyi reklama görə cərimələnir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ