Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

118 avtobusun hərəkət intervalında gecikmə var

118 avtobusun hərəkət intervalında gecikmə var

Tarix: 14 Iyul 2022 09:42

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 34 müntəzəm marşrut xətti üzrə 118 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Sonxeber.net-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Gecikən müntəzəm marşrut xətti aşağıdakılardır:

1. Bakı-Sumqayıt şossesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-21 dəqiqə gecikmə müşahidə olunur.

2. 3-cü mikrorayon dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 8-13 dəqiqədir.

3. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-10 dəqiqə gecikmə müşahidə olunur.

4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol - 20 Yanvar dairəsi istiqamətində 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 10-18 dəqiqə gecikmə müşahidə olunur.

5. Binəqədi şossesi-şəhər istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-20 dəqiqə gecikmə var.

6. Tbilisi prospekti- şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-16 dəqiqə gecikmə müşahidə olunur.

7. Koroğlu Rəhimov küçəsi - hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13N-li müntəzəm marşrut xəttlərindəki avtobuslar intervalla 10-14 dəqiqə gecikmə ilə hərəkət edir.


Etiketlər:  avtobusun hərəkət intervalında gecikmə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ