Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Valideynlərindən pul almaq üçün öz oğurlanmasını təşkil etdi

Valideynlərindən pul almaq üçün öz oğurlanmasını təşkil etdi

Tarix: 14 Iyul 2022 11:02

Nigeriyanın Abeokuta şəhərinin sakini girov olaraq valideynlərindən külli miqdarda pul almaq üçün öz oğurlanmasını təşkil edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 29 yaşlı Şoqun Mafimidovo dostları ilə razılaşaraq, silahlı cinayətkarlar tərəfindən qaçırıldığını bəhanə edərək valideynlərindən 8 milyon Nigeriya nayrı tələb edib.

O, valideynlərinə əlləri bağlı halda saxta fotoşəkillərini göndərib.

Dostları Mafimidovonun ailəsinə pulu köçürməli olduqları hesab nömrəsini göndəriblər. Lakin polis texniki araşdırma aparıb, nigeriyalının özünü və dostlarını tapıb.


Etiketlər:  Valideynlərindən almaq üçün oğurlanmasını təşkil etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ