Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2022 12:35
Xalq artisti Afaq Bəşirqızı "Söhbət var" proqramının qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, səhhətindəki problemlə bağlı uzun müddətdir səhnədən uzaq qalan aktrisaya Əməkdar artist Dilarə Əliyeva sual ünvanlayıb.
Onun "Darıxmısınız? Qayıdacaqsınız" sualı Bəşirqızını kövrəldib. O, "Çox darıxmışam. Mütləq qayıdacam" cavabını verib.
"Səhnədə yeriniz görünür. Neçə ildir səhnə sizsiz qalıb" deyə, Dilarə bildirib. Aktrisa daha sonra A.Bəşirqızı haqda monoloq səsləndirib. Bəşirqızı isə göz yaşlarını saxlaya bilməyib.