Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bill Qeyts sərvətinin hamısını xeyriyyəçiliyə sərf etməyi planlaşdırır

Bill Qeyts sərvətinin hamısını xeyriyyəçiliyə sərf etməyi planlaşdırır

Tarix: 14 Iyul 2022 15:16

Amerikalı sahibkar Bill Qeyts həyatının sonuna qədər bütün var-dövlətini özünün "Gates Foundation" xeyriyyə fonduna verməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iş adamı bu barədə çərşənbə günü "Twitter" hesabında məlumat verib.

"Mən sərvətimin demək olar ki, hamısını fonda verməyi planlaşdırıram. Mən siyahıda aşağı enəcəyəm və sonda dünyanın ən varlı adamları reytinqindən çıxacağam", - sahibkar deyib.

Qeyts əlavə edib ki, fəaliyyətin genişləndirilməsi çərçivəsində yaxın ayda fonda 20 milyard dollar köçürəcək.

İş adamı həmçinin ümid etdiyini bildirib ki, böyük sərvət və imtiyazlara malik olan digər insanlar da ondan nümunə götürəcəklər.

Milli.Az


Etiketlər:  Bill Qeyts sərvətinin hamısını xeyriyyəçiliyə sərf etməyi planlaşdırır


RƏYLƏR