Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Leyla Mustafayeva qətlə yetirildi

Leyla Mustafayeva qətlə yetirildi

Tarix: 14 Iyul 2022 16:14

Tərtərdə 26 yaşlı oğlan bacısını qətlə yetirib.

Bu barədə Milli.Az-a Tərtər rayon prokurorluğundan məlumat veirlib.

Bildirilib ki, iyulun 14-ü saat 13 radələrində Tərtər-Şıxarx yolunun kənarında 1982-ci il təvəllüdlü Leyla Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Leyla Mustafayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Leyla Mustafayeva qətlə yetirildi


RƏYLƏR